AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib

  • + A
  • - A
  • 14-08-2024, 20:30

    UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
    UNEC-də abituriyentlər üçün “Açıq qapı” günləri keçirilib.

    UNEC-in əsas tədris binasında (5-7 avqust) və 3 saylı tədris binasında (12-14 avqust) keçirilən “Açıq qapı” günlərində müxtəlif ixtisas qrupları üzrə 800-ə yaxın abituriyent iştirak edib. Onlardan 300 nəfərdən çoxu 600 və daha yüksək bal toplayan abituriyentlər olub.

    “Açıq qapı” günlərində abituriyentlərə UNEC-in təhsil imkanları, ixtisaslar, keçid balları, ikili diplom və mübadilə proqramları, tədris prosesi və onları maraqlandıran digər məqamlar barədə ətraflı məlumat verilib. Eyni zamanda abituriyentlərə ixtisas seçimi ilə bağlı dəstək göstərilib.

    “Açıq qapı”da iştirak edənlər UNEC-in təhsil imkanlarını və burada tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, UNEC tələbəsi adını qazanmaq istədiklərini bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR