Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədov Masallı rayonunun Bədəlan, Aşurlu, Çayqıraq, Dəmirçi, Qızılavar, Dəlləkoba, Birinci Səmədxanlı, Alışanlı, Ətcələr, İkinci Səmədxanlı kəndlərinin seçiciləri ilə görüşüb.
Görüşləri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ölkəmizdə azad, demokratik seçki mühiti üçün yaradılan şərait, YAP-ın seçkilərə yüksək səviyyədə hazırlığı barədə görüş iştirakçılarına məlumat verib. O, YAP-ın bu dəfə də qələbə qazanacağına əminliyini ifadə edib.
Deputatlığa namizəd Məşhur Məmmədov çıxış edərək, qarşıdan gələn seçkilərdə Masallıdan olan seçicilərinin də yüksək fəallıq göstərəcəyinə əminliyini bildirib. O qeyd edib ki, ölkəmizin zəngin seçki təcrübəsi var, seçki praktikasının təkmilləşdirilməsi məqsədilə daim bütün lazımi tədbirlər görülür.
Görüşlərdə çıxış edən seçicilər Ələkbər Ağayev, Aytən Şükürova, İlqarə Şahbazzadə, Səxavət Mirzəyev, Mirzəkişi Kazımov, Lətifə Qəmbərzadə, Hüseyn Qurbanov, Azər Mirzəyev və İmanqulu Məmmədov parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.