Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş
Su Təchizatı Xidmətinin Ceyranbatan Su Təchizatı İdarəsindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə kəmər ilə gələn su Bakı rayonlarındakı anbarlara çatıb.
Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.