Ağdamda bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.
Tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.