Tanınmış hərbi telejurnalist,müharibə veteranı Rahib Qərib 69 saylı Biləsuvar seçki dairəsindən namizəd olub.
Azadmedia.az XALQ.AZ-a istinadla məlumat verir ki, tanınmış telejurnalsit öz sosial hesabında yazıb.
Rahib Qərib qeyd edib ki: Mən Vətənimi sevərək ölümə belə hazır oldum daim… Harda oldumsa, dövlətimin adamı oldum, 1993-də AzTV-dən ayrılıb səngər adamı, hərbi jurnalist fəaliyyətimi Vətənim adına mükəmməlləşdirdim. Çünki mən SSRİ- nin Daxili Qoşunlarının Uzaq Şərq və Şərqi Sibir üzrə mətbu orqanı olan “Дальневосточный часовой” qəzetində xidmət etmişdim.Amna ən böyük xidmət sonrakı illərdəki xidmətdir. Bilənlərə eşq olsun!
P S. Bu günlərdə Qələbəmiz var deyə, hərbi-siyasi fəaliyyətim bitib deyə, ictimai-siyasi fəaliyyətə start verərək 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Vətənimiz, dövlətimiz, xalqımız üçün xeyirl olar inşallah!
Bildirir ki, Rahib Qəribov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, ehtiyatda olan mayordur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.