AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dərzilik” kursunun layihə iştirakçıları “Bakı Tikiş Evi”ndə ilk praktikasına başladı - FOTOLAR

  • + A
  • - A
  • 20-08-2024, 12:49

    “Dərzilik” kursunun layihə iştirakçıları “Bakı Tikiş Evi”ndə ilk praktikasına başladı - FOTOLAR

    "Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Ailələrdə sənətkarlığın təşviqi” layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun layihə iştirakçılarının “Bakı Tikiş Evi”ndə ilk praktika günü idi.

    QHT.az xəbər verir ki, təcrübənin əsas məqsədi tələbələrin aldığı nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri yeni texnologiyalarla, iş üsulları ilə, elmi tədqiqatlarla və digər məsələlərlə tanış etmək, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və peşə vərdişləri aşılamaqdır.

    Layihə çərçivəsində gənclər dərzilik sahəsində biliklər əldə edib və modelyer dizayner kimi formalaşaraq sərbəst peşə sahibinə malik olacaqlar. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların müəyyən peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR