2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz rayonun Bozalqanlı, Cəlilli, Aşağı Mülkülü Əlimərdanlı və Dondar Quşçu kəndlərində şəhid ailələrini ziyarət etmişdir.
Namizəd Şəhidlərin ailə üzvləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanmış, ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdiyi döyüş yollarından göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışılmış, Nizami Səfərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə dünya və regional siyasətdə dövlətimizin gücünün və nüfuzunun daha da artdığını, Qələbəmiz isə Azərbaycan Ordusunun gücünü, rəşadətini göstərərk, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürü olduğunu bildirmişdir.
Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək 1 sentyabr parlament seçkilərində YAP -ın namizədinə səs verəcəklərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.