Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
“Son zamanlar mənim çıxışım Müsavat Partiyasına təzyiq və hücumlara səbəb olub. Mənim üzümdən Müsavata gələn zərbələri bildiyim üçün Müsavat Partiyasından istefa verirəm” – deyə, Novella Cəfəroğlu Müsavat rəhbərliyinə ünvanladığı ərizədə qeyd edib.
Partiyadan verilən məlumata görə, N.Cəfəroğlu öz ərizəsində Müsavatın bir dəyər olduğunu qeyd edib, Azərbaycanda milli birlik, demokratik cəmiyyət və qanunun aliliyi uğrunda siyasi və ictimai fəaliyyətini davam etdirəcəyini də bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.