AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-nin nəzdində “İcmaların və Sosial sahibkarlığın inkişafına dəstək mərkəzi” fəaliyyətə başlayıb - FOTOLAR

  • + A
  • - A
  • 13-09-2024, 11:17

    QHT-nin nəzdində “İcmaların və Sosial sahibkarlığın inkişafına dəstək mərkəzi” fəaliyyətə başlayıb - FOTOLAR

    "Murad" Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihəsi çərçivəsində “İcmaların və Sosial sahibkarlığın inkişafına dəstək mərkəzi” təşkil edib. Sözügedən mərkəz Salyan rayonunda fəaliyyət göstərsə də digər rayonlardan müraciət edənlərə də öz xidmətləri ilə dəstək olmağa çalışacaq.

    QHT.az xəbər verir ki, uğurla icra olunmuş layihənin məqsədi, pilot olaraq seçilmiş 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaq, həmçinin "Murad" Əlillər İctimai Birliyinin təqdim etdiyi xidmətlərdən necə faydalanmaq yolları barədə iştirakçıları məlumatlandırmaq olub. Layihə fəaliyyət planına uyğun olaraq cari ilin iyun-avqust aylarında icra olunmuşdur. Layihə çərçivəsində 105 nəfər sosial baxımdan həssas əhali qrupun üzvləri sosial sahibkarlıq (biznes) mövzusunda təlimdən faydalanmış və təşkilatın nəzdində “İcmaların və Sosial sahibkarlığın inkişafına dəstək mərkəzi” açılmışdır.

    Onu da əlavə edək ki, 2017-ci ildən aktiv fəaliyyət göstərən “Murad” Əlillər İctimai Birliyi, 2024-cü ilin sentyabr ayından bir çox fəaliyyətini və xidmətlərini “İcmaların və Sosial sahibkarlığın inkişafına dəstək mərkəzi” ilə öz üzvlərinə və maraqlı şəxslərə (xüsusilə əlilliyi olan şəxslərə, şəhid və qazi övladlarına, imkansız ailələrə) ödənişsiz əsaslarla təklif edir. Mərkəz əsasən rəsamlıq, xalçaçılıq, dərzilik, millə toxumalar, muncuqla işləmələr, kətan üstündə toxuma, bilərziklər və yolka oyucaqlarının hazırlanması və kompüter kursları, həmçinin məsləhət xidmətləri təklif edir.

    Təşkilatın təklif etdiyi xidmətlərdən və kurslardan istifadə etmiş üzvlər öyrəndikləri yeni bilik və bacarıqları sayəsində hazırladıqları əl işlərini də mütamadi təşkil olunan sərgi-satış vasitəsi ilə satır və əldə etdikləri gəlirlər hesabına öz xərclərini ödəməklə yanaşı yeni xammal alıb yeni əl işləri (məhsullar) hazırlayırlar. Bu yolla həmin şəxslər (xüsusilə əlilliyi olan şəxslər, şəhid və qazi övladları, imkansız ailələr) “Murad” Əlillər İctimai Birliyinin təşkil etdiyi sərgi-satışlarda həm öz əl işlərinin satışını təşkil etmiş olur, həm də müəyyən sahədə məşğulluğu təmin olunur ki, bu da onların cəmiyyətə daha sürətli inteqrasiya olmalarına kömək edir.

    "Murad" Əlillər İctimai Birliyi, Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədi ilə 27 noyabr 2015-ci ildə təsis edilmiş, 28 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilat, öz fəaliyyətini Salyan şəhərində başlayaraq bu günə kimi müxtəlif layihələr və proqramlar ilə öz üzvlərinə və maraqlı şəxslərə xidmət göstərməkdədir.

    Təşkilat və onun “İcmaların və Sosial sahibkarlığın inkişafına dəstək mərkəzi” haqqında əlavə məlumat əldə etmək üçün "Murad" Əlillər İctimai Birliyinin İdarə heyətinin sədri xanım Rəsmiyyə Səmədova ilə (Mob.: +994556420687 və ya təşkilatın e-mailinə: eliller.birliyi@mail.ru yazaraq) əlaqə saxlamaq mümkündür.

    Təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün sosial media səhifələrini (https://www.facebook.com/gozel.elilerhttps://www.instagram.com/elillerictimaibirliyi) bəyənib izləyə bilərsiniz. Təşkilatın rəhbərliyi hər bir maraqlı tərəfi əməkdaşlığa və ortaq layihələr hazırlamağa dəvət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR