"Murad" Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihəsi çərçivəsində növbəti tədbiri və təlimi 07 avqust 2024-cü il tarixində Lənkəran rayonunda təşkil edib.
QHT.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Açılış nitqi ilə çıxış edən Qəni Vəliyev adına Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev tədbir iştirakçılarını salamladıqdan sonra, rayonda mədəniyyət sahəsində icra olunan layihələrdən və proqramlardan danışıb, həmçinin "Murad" Əlillər İctimai Birliyinin icra etdiyi layihənin əhəmiyəti barədə öz fikirlərini bölüşüb. O, əlavə edib ki, gələcəkdə oxşar ortaq layihələrin birgə hazırlanması ilə icra edilməsi də mümkündür.
Sonra "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihənin rəhbəri və "Murad" Əlillər İctimai Birliyinin idarə heyətinin sədri Rəsmiyyə Səmədova çıxış edib. O, layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. R.Səmədova cari layihə çərçivəsində 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaq, həmçinin "Murad" Əlillər İctimai Birliyinin təqdim etdiyi xidmətlərdən necə faydalanmaq yolları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir, Arif Nəcimovun təqdimatında “Sosial sahibkarlıq (biznes)” mövzusunda çıxışı ilə davam edib. A.Nəcimov təlim iştirakçılarını “Sahibkarlıq ilə Sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın (biznesin) həssas əhali qrupun məşğulluğuna təsiri”, “Sosial sahibkarlıq ilə sosial və ekoloji problemlərin həlli yolları”, “Xarici ölkələrin sosial sahibkarlıq təcrübəsi” və “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti ilə inkişaf etdirilməsi imkanları” mövzularında məlumatlandırıb. Tədbirin 1-ci hissəsi çıxışlarla yekunlaşıb.
Çay-kofe fasiləsindən sonra tədbirin 2-ci hissəsi təqdim olunmuş mövzular əsasında müzakirələrlə və iştirakçıların suallarının cavablandırılması ilə davam edib. Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması və “İştirakçı sertifikatı”nın təqdim olunması ilə yekunlaşıb.
Cari layihə iş planına uyğun olaraq yekun tədbirini və təlimini Salyan rayonunda 15 avqust tarixinə təşkil etməyi planlaşdırıb. Layihənin bağlanış tədbirində digər rayonlardakı (Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) həssas əhali qrupun istedadlı təlim iştirakçıları və dəvət olunacaq qonaqların da iştirakı gözlənilir. Layihənin bağlanış tədbirində həssas əhali qrupun üzvlərinin əl işlərindən ibarət sərginin də təşkili nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.