AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neftçala polisi yeni dərs ili ilə əlaqədər tədbirlər həyata keçirir

  • + A
  • - A
  • 14-09-2024, 16:28

    Neftçala polisi yeni dərs ili ilə əlaqədər tədbirlər həyata keçirir

    Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətindən görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçədə yeni piyada zolaqları salınıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR