AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların müdafiəsi üçün dəyirmi masa keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 23-09-2024, 15:46

    Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların müdafiəsi üçün dəyirmi masa keçirilib - FOTOLAR

    "Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların müdafiəsi tədbirləri” layihəsini həyata keçirir.

    QHT.az xəbər verir ki, layihənin əsas məqsədini postmüharibə dövründə sosial mütəxəssislərin bilik və bacarıqlarını artırmaqla, uşaq hüquqlarının qorunması, təbliği işini həyata keçirmək və uşaq hüquqlarının müdafiə olunmasında sosial mütəxəssislərin və psixoloqlarının rolunun gücləndirmək təşkil edir.

    Layihə çərçivəsində Goranboy rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Goranboy rayonunda dəyirmi masa keçirilib. Tədbiri rayon icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Rauf Behbudzadə, Goranboy UADM-in direktoru Sənəm Alxasova açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.

    “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat verib, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində Tərtər, Goranboy və Beyləqan rayonlarında sosial mütəxəssislərin iştirakı ilə “Uşaqların təhlükəsizliyi və çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin gücləndirilməsi: yerli və beynəlxalq təcrübələr, uğurlar və ehtiyaclar” mövzusunda dəyirmi masaların təşkil olunması nəzərdə tutulur.

    Əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq və ehtiyaclara uyğun və faydalı ola biləcək fəaliyyətlər təşkil edilməsidir. Eyni zamanda dəyirmi masalar zamanı müəyyən edilmiş ehtiyaclara uyğun 1 günlük təlim təşkil olunacaqdır.

    Digər çıxış edənlər layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamış, seminara uğurlar arzulayıblar. Layihə üzrə ekspert sosial iş üzrə mütəxxəsis, UNİSEF-in uşaqların müdafiəsi və sosial xidmətlər üzrə milli məsləhətçisi Elmir Valehli “Uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar, uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlarla sosial işlə bağlı yerli və beynəlxalq təcrübə mövzusunda təqdimat etmiş və sağlamlıq imkanları məhdud və müharibənin təsirlərinə məruz qalmış bölgələrdə müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlar, ehtiyaclar müəyyən olunmuş təkliflər ətrafında müzakirələr təşkil olunub.

    Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirib, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə ediblər.

    Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR