AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Si Cinpinin ABŞ-a səfərinin tarixini açıqlayıb

  • + A
  • - A
  • Dünən, 23:27

    Tramp Si Cinpinin ABŞ-a səfərinin tarixini açıqlayıb

    Tramp Si Cinpinin ABŞ-a səfərinin tarixini açıqlayıb

    ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 24-də ABŞ-a rəsmi səfərə gələcəyini açıqlayıb.

    Tramp Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı, "Prezident Si sentyabrın 24-də gəlir", - deyə bildirib.

    Məlumata görə, Vaşinqton Çin liderinin 2026-cı ilin payızında ABŞ-a cavab səfərini gözləyir. Xatırladaq ki, Donald Tramp mayın 14-15-də Pekində səfərdə olub.

    ABŞ dövlət katibi Marko Rubio iyunun əvvəlində Trampın Çinə səfərinin konkret nəticələrinin məhdud olduğunu bildirmişdi. Onun sözlərinə görə, may səfərinin əsas məqsədi "dünyanın ən güclü iki ölkəsinin liderləri arasında birbaşa təmasın təmin edilməsi" olub.

    Qeyd edək ki, Trampın açıqladığı səfərlə bağlı rəsmi təsdiq və proqramın təfərrüatları hələlik Çin tərəfi tərəfindən açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR