AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova ABŞ-a Trampın Ukrayna müharibəsi ilə bağlı vədini xatırladıb

  • + A
  • - A
  • Bu gün, 21:29

    Zaxarova ABŞ-a Trampın Ukrayna müharibəsi ilə bağlı vədini xatırladıb

    Zaxarova ABŞ-a Trampın Ukrayna müharibəsi ilə bağlı vədini xatırladıb

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəni 24 saat ərzində başa çatdıracağına dair verdiyi vədi xatırladıb.

    Zaxarova "Telegram" kanalında yazıb ki, ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən danışıqlardan sonra jurnalistlərin sualını cavablandırarkən, "Siz elə düşünürsünüz ki, biz Ukraynadakı müharibəni 30 dəqiqəyə həll etmişik? Bu, belə işləmir", - deyə bildirib.

    Rusiya XİN sözçüsü isə buna cavab olaraq qeyd edib ki, heç kim müharibənin 30 dəqiqəyə həll olunacağını gözləmirdi. Onun sözlərinə görə, ictimaiyyət Donald Trampın Ukrayna münaqişəsini 24 saat ərzində bitirəcəyini dəfələrlə – 80-dən çox dəfə bəyan etdiyini yaxşı xatırlayır.

    Zaxarova həmçinin Trampın Ankoric sammitinin nəticələrini yüksək qiymətləndirdiyini də vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR