AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Netanyahunun senator Qremin dəfn mərasimində iştirakı zamanı onunla görüşə biləcəyini bildirib

  • + A
  • - A
  • Bu gün, 22:26

    Tramp Netanyahunun senator Qremin dəfn mərasimində iştirakı zamanı onunla görüşə biləcəyini bildirib

    Tramp Netanyahunun senator Qremin dəfn mərasimində iştirakı zamanı onunla görüşə biləcəyini bildirib

    ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcəyi təqdirdə onunla görüşməyə hazır olduğunu açıqlayıb.

    Tramp bu barədə Axios portalına müsahibəsində danışıb. O, Netanyahu ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayaraq, "Bibi (Benyamin Netanyahu) ilə çox yaxşı münasibətlərimiz var. Əgər o da orada olsa, onunla görüşəcəyəm", - deyə bildirib.

    Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə növbəti brifinqdə bildirib ki, senator Lindsi Qremin vida mərasimi iyulun 28-də Vaşinqtonda keçiriləcək. Onun sözlərinə görə, Prezident Donald Tramp da dəfn mərasimində iştirak edəcək.

    Netanyahunun mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik rəsmi təsdiq verilməyib. Tramp isə İsrailin baş nazirinin Vaşinqtona gələcəyi təqdirdə onunla görüş keçirməyə hazır olduğunu bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR