AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiyanı kasıdlaşdırılmış uranla təchiz edilmiş dronlardan istifadə etməkdə ittiham edib

  • + A
  • - A
  • Dünən, 22:28

    Ukrayna Rusiyanı kasıdlaşdırılmış uranla təchiz edilmiş dronlardan istifadə etməkdə ittiham edib

    Ukrayna Rusiyanı kasıdlaşdırılmış uranla təchiz edilmiş dronlardan istifadə etməkdə ittiham edib

    Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın "Geran-2" zərbə tipli pilotsuz uçuş aparatlarında kasıdlaşdırılmış uran tərkibli döyüş sursatlarından istifadə etdiyini açıqlayıb.
    SBU-nun məlumatına görə, 2026-cı ilin aprel–iyun aylarında Çerniqov vilayətinə edilən hücumlardan sonra dron qalıqları üzərində aparılan radioloji ekspertiza zamanı təhlükəli elementlər aşkarlanıb. Xidmətin əməkdaşları və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən yoxlamalar nəticəsində bəzi qalıqlarda qamma şüalanmasının səviyyəsinin 8,3–24 mikrozivert/saat olduğu müəyyən edilib. Bildirilir ki, bu göstərici icazə verilən 0,3 mikrozivert/saat sanitariya normasını 80 dəfədən çox üstələyir və insanların sağlamlığı ilə ətraf mühit üçün təhlükə yaradır.
    Ukrayna tərəfi iddia edir ki, Rusiya hərbçiləri pilotsuz uçuş aparatlarına R-60M tipli "hava-hava" raketlərini uyğunlaşdırıblar. Ekspertizanın nəticələrinə əsasən, həmin raketlərin döyüş başlıqlarında uran-235 və uran-238 izotopları aşkar edilib. Radioaktiv maddələrin dozimetrik avadanlıq və mobil radioloji kompleks vasitəsilə müəyyən olunduğu, təhlükəli sursatların zərərsizləşdirildiyi və aşkarlandığı ərazilərin nəzarətə götürüldüyü qeyd olunur.
    Faktla bağlı Ukrayna Təhlükəsizlik Xidməti ölkənin Cinayət Məcəlləsinin 438-ci maddəsi ("Hərbi cinayətlər") üzrə cinayət işi başladığını bildirib. Qurum vətəndaşlara dron və raket qalıqlarına yaxınlaşmamağı, belə hallarla qarşılaşdıqları təqdirdə dərhal fövqəladə xidmətlərə məlumat verməyi tövsiyə edib.

    Qeyd edək ki, kasıdlaşdırılmış uran təbii uranla müqayisədə daha az radioaktiv olsa da, yüksək sıxlığına görə zirehdələn sursatların hazırlanmasında geniş istifadə olunur. ABŞ-ın Körfəz müharibələri və İraq əməliyyatları zamanı, eləcə də NATO-nun 1999-cu ildə Yuqoslaviyaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda da bu tip sursatlardan istifadə edildiyi bildirilir.

    Qeyd: Bu məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin iddiasına əsaslanır. Rusiya tərəfinin bu ittihamla bağlı mövqeyi təqdim olunmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR