AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 4-5-də geomaqnit qasırğası gözlənilir”

  • + A
  • - A
  • 3-10-2024, 13:38

    BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 4-5-də geomaqnit qasırğası gözlənilir”


    Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.

    Oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir. Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR