AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcərin işğaldan azad edilməsi ölkəmizin böyük hərbi və diplomatik uğuru idi

  • + A
  • - A
  • Bu gün, 14:28

    Kəlbəcərin işğaldan azad edilməsi ölkəmizin  böyük hərbi və diplomatik uğuru idi

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    44-günlük Vətən müharibəsində əldə edilən Qələbənin nəticəsi olaraq, 10 noyabr 2020-ci ildə Üçtərəfli bəyanatın imzalanmasından on beş gün sonra, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Bunun nəticəsi kimi, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. İstər döyüş meydanında, istərsə də diplomatik müstəvidə Azərbaycan nümayiş etdirdi ki, Cənubi Qafqaz regionunun ən güclü dövlətidir.
    Məlum olduğu kimi, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Bu təcavüz aktı nəticəsində 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər vətəndaşımız əsir və girov götürülmüşdür. İşğal nəticəsində bir çox tarixi-mədəniyyət abidələri, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilərək dağıdılmışdır.
    BMT-nin Təhlükəsizlik Şurası Kəlbəcərin işğalını qətiyyətlə pisləyərək, 1993-cü il 30 aprel tarixində 822 saylı qətnamə qəbul etmiş və “işğalçı qüvvələrin Kəlbəcər rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını” tələb etmişdir. Təəssüf ki, bu sənəd icra olunmayaraq, yalnız kağız üzərində qalmışdır.
    Beynəlxalq humanitar hüquq üzrə öz üzərinə götürdüyü öhdəliklərə etinasız münasibət bəsləyən Ermənistan Kəlbəcər rayonunda etnik təmizləmə və qanunsuz məskunlaşma həyata keçirmiş, soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törətmişdir. Ancaq heç zaman işğal faktı ilə razılaşmayan dövlətimiz tarixi ədaləti və beynəlxalq hüququ döyüş meydanında bərpa etdi. Əldə olunan Böyük Zəfərin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Həmçinin 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilərək, aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
    Artıq Kəlbəcərdə böyük tikinti-quruculuq işləri başlamışdır və bir sıra infrastruktur layihələri uğurla həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR