AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kollektiv Qərbin Gürcüstan planı

  • + A
  • - A
  • 2-12-2024, 09:36

    Kollektiv Qərbin Gürcüstan planı

    Gürcüstanda hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq qərarına etirazlar səngimək bilmir. Ölkəni gərginlikdə saxlamağa çalışanlar etirazları alovlandırmaqla məşğuldur.

    Əsasən qərbdən maliyyələşən QHT, media nümayəndələri ölkənin milli maraqlarını ayaqlar altına atmaqla Gürcüstanı viran qoymaq üçün çalışırlar.

    Etirazların 3-cü günü Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransı keçirib. O bildirib ki, yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb və bu, son dərəcə narahatlıq doğurur.

    Bir müddət əvvəl kollektiv Qərb gürcü xalqının milli kimliyini dəyərlərini adət ənənələrini əlindən almaq üçün planlar qurmuşdu. Avropa İttifaqının gürcü xalqına sırıdığı dırnaqarası dəyərlər LGBT çətirinə bürünmüşdü. Üstəlik xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməməsinə çalışan Qərbyönümlü fəalların QHT-lərin təzyiqləri də fayda vermədi. Planlarının baş tutmadığını görən Qərb Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı üçün çalışır. Gürcüstanın Avropa İttifaqına üzv olmasının perspektivinə gəlincə, bu perspektiv yoxdur.

    Gürcüstanda baş verənlər onu deməyə əsas verir ki, kollektiv Qərbin Cənubi Qafqaz planları aktiv fazada davam edir. Məqsəd isə dəyişməzdir. Regionda gərginliyi alovlandırmaqla xalqların dəyərlərini, ənənələrini məhv etmək. Digər bir məqam isə Qərbin ənənəvi ikili oyunları ilə bağlıdır. Qərb ölkələri demokratik seçilmiş hökumətə qarşı hidrid müharibə aparırlar. Halbuki bu gün Çini, Rusiyanı və digər ölkələri hibrid müharibələrdə günahlandıran kollektiv qərb özü Gürcüstanın daxili işlərinə qarışır. Özü də planlı şəkildə
    AzadMedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR