Məşhur "Landmark" hərracda satışa çıxarılıb. Bu barədə rəsmi hərrac səhifəsində məlumat paylaşılıb.Məlumatda da göründüyü kimi hərracda iştirak üçün 6 milyon manat beh ödənməlidir.32654 kv.m əraziyə malik olan bina orada keçirilən tədbirlərlə yadda qalıb.Binanın hansı səbəbdən hərraca çıxarıldığı məlum deyil.
Məlumat üçün bildirim ki,Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “Köhnə dəyirman” deyilən ərazidə kiprli mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüroğlu tərəfindən inşa edilib. “Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır. O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.Nəsrullayeva Nərgiz 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.
Mediada yayılan xəbərlərə görə Nərgiz xanım bir müddət öncə ailəsi ilə ölkəni tərk edib.Yayılan iddialardan biri də odur ki,Landmarkın əsl sahibi AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovdur.
Qeyd: Məlumat Elçin Rəhimlinin səhifəsindən götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.