Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Silahlı Qüvvələrdə və hüquq-mühafizə orqanlarında döyüş hazırlığının və xidməti fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı qanun imzalayıb.
Yeni qanunvericiliyə əsasən, hərbi qulluqçulara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, habelə öz maraqları naminə xidməti vəzifələrini yerinə yetirdiklərinə və ya yerinə yetirmədiklərinə görə fiziki və hüquqi şəxslərdən mükafatlar, güzəştlər və ya hədiyyələr alması qadağandır.
Bundan başqa, hərbçilərə, Daxili İşlər Nazirliyi, gömrük, prokurorluq və milli qvardiya əməkdaşlarına qumar oyunlarında iştirak etmək, dini mərasimlər keçirmək və ya təşkil etmək, xarici vətəndaşlıq və yaşayış icazəsi almaq üçün müraciət etmək qadağan edilib.
Həmçinin, onların xidməti vəzifəsi ilə bağlı qanunsuz imtiyazlardan, üstünlüklərdən və ya güzəştlərdən istifadə edilməsinə qadağa qoyulur.
Qanun 2025-ci ilin yanvarından qüvvəyə minir.
Xatırladırıq ki, bu il sentyabrın 16-da prezident Kasım-Jomart Tokayev Qazaxıstan hərbi qulluqçularının mərc oyunlarında iştirakını qadağan edən konstitusiyaya dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, hərbi qulluqçuların pul, mal və ya digər qiymətli əşyalar, habelə pul müqabilində oyunlarda iştirak etməsi qadağandır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.