Tarixi Təpəbaşı məscidimizə qarşı ermənilərin vandal əməlləri
Ermənilər bütün zamanlarda bizə məxsus olan tarixi dini mədəni abidələri məhv etməklə məşğul olublar. Təpəbaşı məhəlləsi də məhz bu çirkin niyyətlərin qurbanı olanlardandır
Təpəbaşı, eləcə də eyni adlı məscidin tarixinə nəzər salaq.
Təpəbaşı məhəlləsində yerlşən Təpəbaşı məscidi 17-ci əsrdə formalaşmış və tipik müsəlman şəhərsalma ənənələrinə uyğun olaraq qurulub. Məhəllənin mərkəzində meydan yerləşirdi. Meydanın yanında mütləq məscid olmalı idi.
1918-ci ildə siyasi proseslər dəyişir. Təpəbaşı məhəlləsinin də qara günləri başlayır. O zamankı AXC tərəfindən İrəvan Ermənilərə güzəşt edilir. Bununla da İrəvan başqa dövlətin paytaxtına çevrilir. Həmin dövrdə qarşıdurmalar səngimək bilmir. Heç şübhəsiz ki, qırğınlar Təpəbaşı məhəlləsindən də yan keçmir. Bu qırğınları törədənlər isə Osmanlıdan köçürülən ermənilər idi. Həmin ermənilərin missiyası ümumerməni maraqlarına xidmət edirdi. Məqsəd Təpəbaşında yaşayan azərbaycanlıları qirmaq, məhəlləyə soxularaq evlərə sahib olmaq.
Təbii ki, İrəvan şəhərinin digər yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlılar həmişə üstünlük təşkil edib. Mütəxəssislərin bildirdiyinə görə, hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz Təpəbaşıda qalıb. Eyni zamanda, hazırda bir çox tikinti şirkətləri Təpəbaşı ərazisində inşaat aparmaqdadır. Mütəxəssislərin dediyinə görə, Təpəbaşı məhəlləsinin özünəməxsus obrazı keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradılıb.
Hazırda Qərbi Azərbaycandakı maddi-mədəni irsimizlə bağlı beynəlxalq səviyyədə ciddi təbliğat işləri aparılır. Belə ki, 2023-cü il 27 mart tarixində Qərbi Azərbaycan İcmasının UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanladığı məktubda deyilir ki, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması insanlığa sığmayan cinayətdir. İcma üzvləri mədəni irsin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərmələrini xahiş edir. Məktubda o da bildirilir ki, Azərbaycanın mədəni irsini planlaşdırılmış şəkildə məhv edən Ermənistan hökumətinin məqsədi monoetnik və təkmədəniyyətli məkan yaratmaq olub