AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

G7 Suriyada hərtərəfli siyasi keçidi dəstəkləyir

  • + A
  • - A
  • 15-02-2025, 21:00

    G7 Suriyada hərtərəfli siyasi keçidi dəstəkləyir

    Yeddilik Qrupu (G7) ölkələri BMT Təhlükəsizlik Şurasının qərarları ruhunda Suriyada inklüziv siyasi keçid prosesini dəstəkləyir.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın xarici işlər nazirlərinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə qəbul edilmiş birgə məlumatda deyilir.

    “Yeddilik Qrupu 13 fevral 2025-ci ildə Fransanın ev sahibliyi etdiyi Suriya üzrə beynəlxalq konfransın nəticələrini alqışlayır, Suriya xalqına sadiqliyini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi ruhunda inklüziv siyasi keçidi dəstəklədiyini bir daha təsdiqləyir”,– mətndə bildirilib.

    G7 xarici işlər nazirləri, həmçinin Livanda son prezident seçkiləri, baş nazirin təyinatı və yeni hökumətin formalaşdırılması da daxil olmaqla, müsbət irəliləyişlər adlandırıblar.

    “Yeddilik Qrupu ölkələri hər iki ölkənin sabitliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiqlədilər”, – sənəddə qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR