AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə başlayır

  • + A
  • - A
  • 17-02-2025, 16:36

    DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə başlayır

    Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.

    Bu dəfə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək.

    O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

    İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

    İşə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.

    İlk iclas fevralın 28-i keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR