Hər kəs düşünür ki, faciə yalnız başqalarının başına gələ bilər. Amma sükan arxasında bir saniyəlik düşüncəsizlik, qaydalara məhəl qoymamaq, sürət həddini aşmaq bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.
Bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinı görə son illər yol qəzalarının böyük əksəriyyəti yüksək sürətlə bağlıdır. Sürücülər adrenalin və həyəcanın cazibəsinə qapılaraq, təhlükəni dəyərləndirmədən sürət həddini aşırlar. Amma unutmaq olmaz: yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir!
Qəza anında saniyələr içində hər şey dəyişir. Ailə üzvləriniz, dostlarınız, sevdikləriniz sizi gözlədiyi halda, yolun ortasında qalan bir faciəyə çevrilməyin.
Sürət həvəsinə yox deyin! Həyatınızı və başqalarının həyatını riskə atmayın!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.