AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BÜLBÜLƏ GÖLÜ ƏTRAFINDA YENİ BULVAR OLACAQ

  • + A
  • - A
  • Dünən, 08:40

    Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.
    Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.
    Bəzi evlərlə göl arasındakı məsafənin 10 metrdən də yaxın olduğunu nəzərə alsaq Çirkab suların axıdılması, əhalinin sağlamlığına da təsir edirdi. Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib.

    Yaxın zamanda su həmin magistralla xüsusi sutəmizləyici qurğuya töküləcək. Bu, Suraxanı rayonunda ilk su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu təmizləyib gölə vuracaq. Hazırda Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafında asfalt üçün alt qat hazırlanıb. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq.

    Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR