AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mübariz Paşayev: "Avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur"

  • + A
  • - A
  • Dünən, 12:00

    Mübariz Paşayev: "Avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur"

    İki gündür yağan qar, yolların buz bağlaması, əlverişsiz hava şəraiti bir çox qurumları, idarə və müəssisələri hərəkətə gətirib, gücləndirilmiş iş rejiminə keçiblər.

    Yollarda hərəkətin bərpa edilməsi üçün təmizlənmə və duzlama aparan AAYDA əməkdaşları təkcə Bakı və Bakı ətrafl deyil, bölgələrdə də fasiləsuz iş rejimində çalışaraq yolları təmizləyir.

    4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəisi Mübariz Paşayev əməkdaşları ilə birgə işinin başındadır, daha dəqiq desək, buzlu yolların təmizlənməsinə şəxsən nəzarət edir.

    4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəisi Mübariz Paşayevin Azadmedia az-a verdiyi məlumata görə 21 fevral 2025-ci il, səhər saat 7-də havanın temraturu -3 olan Bakı-Şamaxı-Yevlax yolunun 77-ci-90-cı kilometrlərində qardan təmizləmə işləri zamanı işin gedişinə şəxsən nəzarət edərək, zəruri göstərişlər verib.

    Mübariz müəllim qeyd edib ki, hal-hazırda asfalt-beton yola qum və duz qarışığı səpilir və qar kürsəyən maşınla yolun qardan təmizlənmə işləri davam etdirilir. Avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.

    Cənab prezident İlham Əliyevin çıxışlarlarından biri zamanı işlətdiyi ifadə Mübariz müəllim üçün prioritetdir. O, bunu işi, əməli, fəaliyyəti ilə sübut edir - Vəzifə imtiyaz deyil, məsuliyyətdir!


    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR