AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

  • + A
  • - A
  • 27-01-2025, 12:30

    Gəncədə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

    Patriot News.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Dövlət Aqrar Kollecin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir gerçəkləşib.

    Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli və kollecin tələbələri iştirak ediblər.

    Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.

    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR