AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Könüllüləri 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.

  • + A
  • - A
  • Dünən, 20:59

    Azərbaycan Könüllüləri 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.


    Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirilib.

    Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Milli Kimlik" İdeoloji Hazırlıq Proqramının növbəti görüşü Xocalı soyqırımına həsr edilib. Görüşdə Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Azərbaycan Könüllüləri ilə bir araya gələrək Xocalı soyqırımı, onun tarixi və faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının əhəmiyyəti barədə geniş müzakirələr aparıb.

    Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 500 nəfər Azərbaycan Könüllüsünün iştirakı “Xocalı 33 il” adlı fləşmob keçirilib. Fləşmob zamanı ilə “Badam çiçəyi” – “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb.

    Daha sonra 300 nəfər Azərbaycan Könüllüsünün iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə “Ana harayı” abidəsi ziyarət edilib.

    Bu tədbirlər Xocalı soyqırımının həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq və ədalətin bərpasına nail olmaq məqsədi daşıyır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövləti, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün ardıcıl siyasət yürüdür. Azərbaycan Könüllüləri də bu siyasəti dəstəkləyərək soyqırımın unudulmaması və ədalətin təmin olunması naminə maarifləndirmə işlərini davam etdirir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR