AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazim Eynallı: 19 saylı xüsusi təyinatlı yol mmc nin kollektivi var qüvvəsi ilə calışır

  • + A
  • - A
  • Bu gün, 11:43

    Nazim Eynallı: 19 saylı xüsusi təyinatlı yol mmc nin kollektivi var qüvvəsi ilə calışır

    Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ölkə ərazisində müşahidə olunan qarın yağması martın 2-dək davam edəcək.

    AzadMedia.az
    xəbər verir ki, Gecədən başlayaraq, paytaxt da daxil olmaqla, respublika ərazisinə güclü qar yağmaqda davam edir. Qarın davamlı yağması yollarda problem yaratsa da,

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yollarda təhlükəsizliyi təmin edir.

    Bakı-Şamaxı Yevlax magistral yolunda təmizləmə işləri aparılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı xüsusi təyinatlı yol istismarı İdarəsinin əməkdaşları səhərə qədər həm magistral, həm də Şamaxının kənddaxili yollarındakı problemin aradan qaldırılması üçün çalışıb.

    Bu gün səhər saatlarında da qurum əməkdaşları yollarda həm maşınların, həm də piyadaların hərəkətinin təhlükəsizliyi üçün fəaliyyətlərini davam etdiriblər.

    Yollardakı qar topları təmizlənərək kənara atılıb.

    Bakı-Şamaxı-Yevlax magistral yolu, eləcə də Şamaxının daxili yollarında qardan təmizləmə işləri görülüb.

    Qarkürüyən maşınlar vasitəsilə, yollara qum və buz tökülüb.

    Hazırda Bakı Şamaxı-Yevlax magistral yolu və Şamaxının daxili yolları işlək vəziyyətdədir. Piyada və sürücülərin hərəkəti üçün heç bir problem yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR