AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Buzlu yollarda qəza ehtimalı artıb!

  • + A
  • - A
  • Bu gün, 13:45

    Baş Dövlət Yol Polisi  İdarəsindən xəbərdarlıq: Buzlu yollarda qəza ehtimalı artıb!

    Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür. Gecə saatlarından başlayaraq hərəkət iştirakçılarının təhlükəsizliyi üçün zəruri tədbirlər görülür, yolda qalan sürücülərə köməklik göstərilir, maarifləndirmə işi aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.

    Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR