AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRBAYCANDA NADİR XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA VƏ KLİNİK HALLAR" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ

  • + A
  • - A
  • Bu gün, 01:31

    "AZƏRBAYCANDA NADİR XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA VƏ KLİNİK HALLAR" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ

    28 fevral 2025-ci il tarixində TƏBİB-in və Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Yeni Klinika Tibb Mərkəzində Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş "AZƏRBAYCANDA NADİR XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA VƏ KLİNİK HALLAR" mövzusunda elmi konfrans keçirildi.

    Konfransın rəsmi hissəsində TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli və Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov çıxış edərək nadir xəstəliklərin diqqət mərkəzində olması və müalicədə multidisiplinar yanaşmanın vacibliyi haqqında ətraflı məlumat verdilər.

    Konfrnasda Bakı Sağlamlıq Mərkəzinin uzman kardioloqu Aysel İslamlı, Respublika Pediatriya Mərkəzinin 2 saylı Uşaq Klinik Xəstəxanasının uzman alerqoloq-immunoloqu Röyalə Babayeva, Elmi-Tədqiqat Pediatriya İnstitutunun dosenti, t.e.d Rəhimova Nailə, Respublika Pediatriya Mərkəzinin 2 saylı Uşaq Klinik Xəstəxanasının uzman uşaq qastroenteroloqu Anar Tağıyev, Yeni Klinika Xəstəxanasının uzman pediatrı Nigar Bayramova, Baku Medical Plaza xəstəxanasının uşaq revmatoloqu Aytən Əliyeva, Yeni klinika tibb müəssisəsinin uzman endokrinoloqu Nərimanə İmanova Yağcı, Yeni Klinika xəstəxanasının direktor müavini, cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, Mediland Hospital xəstəxanasının nefroloqu, t.ü.f.d. Elnur Fərəcov, Lor Hospital Səs Mərkəzinin rəhbəri dosent t.ü.f.d Ramil Həşimli, Baku Medical Plaza xəstəxanasının uzman pulmonoloqu Həsən Həsənzadə, Klinik Tibbi Mərkəzin uzman torakal cərrahı Fəhmin Əmirov, Milli Hematologiya Mərkəzinin uşaq hematoloqu Könül Bağırova, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının assistenti t.ü.f.d. Mədinə Tağıyeva və Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasının uşaq nevroloqu İlahə Hacıyeva tərəfindən müxtəlif nadir xəstəliklərin spesifikası, klinik hallar və müasir müalicəsi haqqında ətraflı məlumat verilmişdir.

    Qeyd edək ki, konfransa 300-dən çox iştirakçı qeydiyyatdan keçmişdir. Konfransdan əldə olunan məlumatlar aidiyyati dövlət səhiyyə qurumlarına təkliflər toplusu formasında təqdim ediləcək.

    28 fevral Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfrans Səhiyyə Nazirliyi tərəfindən 7 kredit bal ilə akkreditasiya olunmuşdur.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR