AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AĞDƏRƏYƏ HƏYAT QAYIDIR

  • + A
  • - A
  • Bu gün, 11:52

    AĞDƏRƏYƏ HƏYAT QAYIDIR

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də öz daimi sakinlərini qəbul etməyə hazırdır. Artıq Ağdərə rayonunun Həsənriz kəndinə ilk qayıdış gerçəkləşib.
    AzadMedia.az xəbər verir ki, kəndə ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.

    Məlumat üçün bildirək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü. Rayonun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdi.

    1993-cü ildə işğal edilən Ağdərə 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Dövlət Bayrağı ucaldıb.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR