Söz azadlığı bitir
Washington Postda yarpaq tökümü: jurnalistlərə siyasi qadağalar!
Trampın yaxın dostu və silahdaşı Amerikanın aparıcı nəşri sayılan Washington Postun sahibi milliarder Bezos jurnalistlərə siyasi qadağalar tətbiq edərək, "rəy" şöbəsinin redaksiya siyasətini kökündən dəyişdirməyi əmr edib. Bundan sonra yalnız "şəxsi azadlıq" və "azad bazarlar" başlığı altında məqalələrin dərc olunmasına icazə verilir.
WP—də iki baş redaktor var - biri xəbərlərə məsuldur, digəri şərhləri yerləşdirir. Məhz şərhlər bölümü fikir plüralizmi üçün tribunadır: David Ignatius və Ruth Marcus kimi liberal yazarların, həm də mühafizəkar Corc Uill və Çarlz Krauthammerin fikirlərinə yer ayırırdı. Qəzetin redaksiya məqalələri və oxucuların məktubları da bu bölümdə dərc olunurdu.
100 ilə yaxın qəzetçilik ənənəsinə son qoyulur. Bezos açıq bildirib: “indi yalnız quşlar və ya çiçəklər haqqında yaza bilərsiniz və siyasətə toxunmayın, yoxsa işdən çıxaracağam."
Baş redaktor Devid Şipli cəzanı gözləməyib, öz ərizəsi ilə işdən gedib…
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.