AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Metropoliteni QSC-nin marketinq şöbəsinin qalmaqallı rəhbəri Lalə Babayeva işdən çıxdı

  • + A
  • - A
  • Bu gün, 13:09

    Bakı Metropoliteni QSC-nin marketinq şöbəsinin qalmaqallı  rəhbəri Lalə Babayeva işdən çıxdı

    Bakı Metropoliteni QSC-nin marketinq şöbəsinin qalmaqallı rəhbəri Lalə Babayeva işdən çıxdı.
    Azadmedia.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
    Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, deyə o, qalmaqallı şərhində bildirmişdi.
    Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən Bakı Metropoliteni QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər Bakıelektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, Bakı Metropoliteni QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR