AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MN-nin sabiq vəzifəli şəxsinə hökm oxundu

  • + A
  • - A
  • 12-03-2025, 21:00

    MN-nin sabiq vəzifəli şəxsinə hökm oxundu

    Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

    Ötən ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

    E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR