AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazim Eynallı: “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışıblar"

  • + A
  • - A
  • 27-03-2025, 13:34

    Nazim Eynallı: “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışıblar"

    Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Şamaxıya yağan güclü qar nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları yollarda nəqliyyatın hərəkətində çətinliklər yaşanmaması üçün gücləndirilmiş iş rejiminə keçiblər.

    AzadMedia.az
    xəbər verir ki, martın 23-dən başlayaraq, Şamaxı Pirqulu-Dəmirçi yoluna da qar yağıb.
    “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı AzadMedia.az-a açıqlamasında bildirib ki, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolu tamamilə qardan və buzdan təmizlənib. İlk vaxtlardan əraziyə texnika və canlı qüvvə cəlb edilib:
    “Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolu qaydasındadır. Həm sürücülər, həm də sakinlər rahat hərəkət edir. İlk günlərdə qarın hündürlüyü normadan çox olsa da, yolun hərəkət hissəsində ciddi problem qeydə alınmayıb. Bayram və istirahət günlərində bölgəyə axın edən yerli və xarici turistlərin rahat hərəkəti də təmin edilib”.
    Qeyd edək ki, son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub. Hətta bəzi bölgələrdə meyvə ağaclarını şaxta vurub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR