AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın tarixi Zəfəri regionda davamlı sülhə şərait yaratmışdır

  • + A
  • - A
  • 5-04-2025, 13:20

    Azərbaycanın tarixi Zəfəri regionda davamlı sülhə şərait yaratmışdır


    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, “tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır... Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”. Ancaq sülh danışıqlarına aparan yol, təəssüf ki, uzun müddət tələb etmişdir və bütün çətinliklərə rəğmən, Azərbaycan İkinci Qarabağ müharibəsində silahlı münaqişəyə son qoyaraq, beynəlxalq hüququ və beynəlxalq ədaləti öz gücünə bərpa etrmişdir. Eyni zamanda, Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, məhz ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür və siyasi-diplomatik müstəvidə konstruktiv mövqe nümayiş etdirmişdir. Ölkəmiz üçün həyati problem olan, ərazi bütövlüyü və suverenliyin tam bərpası, ümumiyyətlə Cənubi Qafqaz regionu üçün əlamətdar hadisə olaraq, bir çox sahələrdə yeni əməkdaşlıq formatının inkişafına səmərəli şərait yaratmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR