AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda “Təhsilimiz – gələcəyimizin təminatıdır” mövzusunda seminar təşkil olundu

  • + A
  • - A
  • 15-06-2025, 18:53

    İstanbulda “Təhsilimiz – gələcəyimizin təminatıdır” mövzusunda seminar təşkil olundu

    15 iyun tarixində “Maarifçi Qadınlar” İctimai Birliyi Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” təşkilatının binasında seminar keçirib.

    Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ölkə hüdudlarından kənarda yaşayan və təhsil almaq imkanı olmayan əməkçi miqrantların məktəbyaşlı uşaqlarının təhsilə cəlb edilməsi” adlı layihə çərçivəsində baş tutub.

    Seminar “Təhsilimiz – gələcəyimizin təminatıdır” mövzusunda maarifləndirici tədbir kimi təşkil olunub. Tədbirdə Bağçılar və Günəşli bölgələrində yaşayan azərbaycanlılar, müəllimlər və Azərbaycanla bağlı fəaliyyət göstərən sivil toplum təşkilatlarının rəhbərləri iştirak ediblər.

    Fotolar












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR