Beynəlxalq hüquq təkbaşına müharibəni seçənlərin qarşısını ala bilməz. Beynəlxalq hüquq tam işləmirsə, demək ki, sizin təsirli dostlarınız və ya silahınız yoxdur.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
Zelenskinin sözlərinə görə, beynəlxalq institutlar zəifləyib, beynəlxalq qurumlar isə qanlı toqquşmalara son qoymaq iqtidarında deyil.
“Heç bir beynəlxalq institut qanlı toqquşmaları dayandıra bilmir. Bunlar həmişə zəif olub. Sudan, Somali, Fələstin və ya müharibə yaşayan digər xalqlar BMT-dən nə gözləyə bilərlər? Onilliklərdir sadəcə bəyanatlardan başqa heç nə yoxdur…”, - Ukrayna Prezidenti vurğulayıb.
Zelenski deyib ki, Ukrayna sülh istəyir, lakin Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir.
O qeyd edib ki, Suriya beynəlxalq ictimaiyyətdən daha çox dəstək almağa layiqdir: “Sanksiyalar ləğv edilməli, iqtisadiyyatının bərpası üçün dəstək verilməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.