AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmazda sahibkarlar üçün təlim keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 14:06

    Xaçmazda sahibkarlar üçün təlim keçiriləcək

    İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi (İSAY) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda təlim keçiriləcək.

    QHT.az xəbər verir ki, təlim 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Xaçmaz şəhərindəki KOB Evində təşkil olunacaq. Təlimçi Etibar Qasımov iştirakçılara dövlət satınalmalarının təşkili və idarə olunması prosesi ilə bağlı praktiki biliklər verəcək.

    Tədbir sahibkarlar və biznes sahəsində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub və onların dövlət satınalmaları sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR