AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkotik istifadəsinə qarşı seminar-treninqlər davam edir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 14:19

    Narkotik istifadəsinə qarşı seminar-treninqlər davam edir - FOTOLAR

    İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsini həyata keçirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılır.

    QHT.az xəbər verir ki, dörd ay (01.06.2025 – 30.09.2025) müddətində icra olunan layihə Bakı şəhərinin Yasamal, Nəsimi, Səbail, Nərimanov, Binəqədi rayonlarında, eləcə də Abşeron rayonunun Mehdiabad, Saray və Xırdalan qəsəbələrində təşkil olunur. Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüs yaratmaqdır. Tədbirlər maarifləndirici müzakirələr və kiçik qruplarda iş formasında keçirilir.

    Növbəti tədbir 23 sentyabr 2025-ci ildə Yasamal rayonunda yerləşən “Nanə” restoranında baş tutub. Tədbirdə 16 nəfər iştirak edib.

    Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq belə bir imkan yaratdıqları üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın cəmiyyət üçün ağır bir bəla olduğunu vurğulayıb.

    Daha sonra söz layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırova verilib. O, narkomaniya ilə bağlı əsas anlayışları, asılılığın yaranma səbəblərini, narkotiklərin törətdiyi fəsadları, iynə vasitəsilə yayılan xəstəlikləri, mübarizə yollarını və müalicə prosesini iştirakçılara izah edib, onların suallarını cavablandırıb. Seminar zamanı iştirakçılar 4 qrupa bölünüb, hər qrupa 3 sual təqdim olunub. Daha sonra qruplar təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Görüşün foto və video çəkilişi də aparılıb.

    Fotolar













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR