AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baba Seyidbaba oğlu Əhmədovun vəfatı kollektiv üçün ağır itkidir - Nekroloq

  • + A
  • - A
  • Bu gün, 15:36

    Baba Seyidbaba oğlu Əhmədovun vəfatı kollektiv üçün ağır itkidir - Nekroloq

    “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin ailəsinə ağır itki üz verib. Uzun illər yol təsərrüfatı sahəsində çalışmış, işinə və peşəsinə böyük məsuliyyətlə yanaşan əməkdaşımız – Şamaxı rayonu Sabir qəsəbə sakini Əhmədov Baba Seyidbaba oğlu vəfat edib.

    Baba Əhmədov 1961-ci ildə anadan olub. Gənc yaşlarından həyatını avtomobil yollarının saxlanılması, təmiri və inkişafı işinə həsr edib. Ömrünün 31 ildən çoxunu Avtomobil Yolları Dövlət Agentliyinin strukturunda çalışaraq yol təsərrüfatının inkişafına öz əməyini verib. İşinə can yandıran, daim məsuliyyətli, dəqiq və səmimi münasibəti ilə həmkarlarının hörmətini qazanıb. Onun zəhməti, alın təri və təcrübəsi sayəsində yüzlərlə kilometr yol abadlaşdırılıb, minlərlə insanın rahatlığı təmin olunub.

    Baba Əhmədov yalnız işinə deyil, ailəsinə bağlılığı, dostlarına sədaqəti, cəmiyyətə faydalı olmağa çalışması ilə də yaddaşlarda qalacaq. O, iki övlad atası idi. Böyük qürurla böyütdüyü oğlu bu il 11-ci sinfi bitirib və hərbi xidmətə hazırlaşır. Bu, Baba müəllimin Vətənə bağlılığının ailəsində də davam edəcəyinin bir nümunəsidir.

    Bu gün həm ailəsi, həm də kollektiv üçün çox ağır gündür. Onun gedişi yalnız doğmalarını deyil, illərlə çiyin-çiyinə çalışdığı həmkarlarını da dərindən kədərləndirib.

    Başda “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı olmaqla, bütün kollektiv mərhum Baba Əhmədovun əziz xatirəsini hörmət və ehtiramla yad edir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun.

    Dərin hüzünlə: “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin kollektivi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR