AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-nin Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yayıb

  • + A
  • - A
  • Bu gün, 08:36

    ABŞ-nin Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yayıb

    Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, "Facebook" sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir.

    Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

    "Hazırda ABŞ-da, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək.

    Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun", - deyə məlumatda qeyd olunub.Report


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR