AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı sosial və siyasi ekspert Ülkər Piriyeva Roman Təhsil və Tədqiqat Fondunun Türk Respublikaları üzrə Sədri təyin olundu - ÖZƏL

  • + A
  • - A
  • Bu gün, 13:14

    Azərbaycanlı sosial və siyasi ekspert Ülkər Piriyeva Roman Təhsil və Tədqiqat Fondunun Türk Respublikaları üzrə Sədri təyin olundu - ÖZƏL


    Azərbaycanlı sosial və siyasi ekspert Ülkər Piriyeva Roman Təhsil və Tədqiqat Fondunun Türk Respublikaları üzrə Sədri təyin olundu.


    22 oktyabr – Bakı – Azadmedia.az
    - Xüsusi xəbər


    Roman Təhsil və Tədqiqat Fondu, Türk Respublikaları üzrə nümayəndəlik sədri vəzifəsinə azərbaycanlı siyasətşünas, beynəlxalq jurnalist və ictimai məsələlər üzrə ekspert Ülkər Piriyevanı təyin edib.

    Bu yeni təyinat Türk Dünyasında fikir, mədəniyyət və həmrəylik bağlarını gücləndirmək istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.

    Uzun illərdir media, siyasət, müdafiə sənayesi və ictimai diplomatiya sahələrində uğurlu fəaliyyəti ilə tanınan Ülkər Piriyeva analitik düşüncə tərzi, milli dəyərlərə sadiqliyi və insan yönümlü yanaşması ilə geniş çevrələrdə hörmət qazanmış şəxsdir.

    6-cı çağırış Azərbaycan Milli Məclisinə deputatlığa namizəd kimi siyasi arenada da aktiv fəaliyyət göstərən Ülkər Piriyeva, eyni zamanda ölkəsinin texnoloji inkişafı və strateji potensialının artırılmasına xidmət edən müdafiə və mühəndislik layihələrində də fəal iştirak etmişdir.

    Yeni vəzifəsi ilə birlikdə Türk Dünyası vizyonuna fərqli bir dinamizm qazandıracağı gözlənilən Ülkər Piriyeva düşüncə və liderlik yanaşması ilə də diqqət çəkir.

    Fondun Sədri Ülkər Piriyeva məsələ ilə bağlı açıqlamasında bildirib:

    “Mənim üçün hər söz bir məsuliyyət, hər düşüncə bir istiqamət, hər addım isə Türk Dünyasının birliyinə doğrudur.”


    Roman Təhsil və Tədqiqat Fondunun Türk Respublikaları üzrə fəaliyyətinə yeni bir baxış və strateji yanaşma gətirəcəyi gözlənilən bu təyinat, Türk Dünyasında birlik, həmrəylik və mədəni güc birliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verəcək.

    Ülkər Piriyeva üçün Türk Dünyası yalnız bir coğrafiya deyil — ortaq tarix, ortaq dil və ortaq gələcəkdir.
    Onun sözləri şüur, fikirləri körpü, mübarizəsi isə Türk kimliyinin, qadın gücünün və düşüncə liderliyinin simvolu olaraq qalır.

    Qeyd: Ülkər Piriyeva, eyni zamanda Türkiyə Respublikası Anadolu ASİAD təşkilatının,
    “1453 Kral Medya” xəbər agentliyinin Azərbaycan Direktorudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR