Oktyabrın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin həyata keçirdiyi “NARKOMANIYA - Dünyamızı qaraldan ağ ölüm!” layihəsi çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda növbəti maarifləndirici görüşünü keçirdi. Tədbiri Suraxanı rayonu Gənclər evinin direktoru Natavan xanım Rüstəmova açaraq qonaqları və iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra layihə rəhbəri Amil Məmmədov yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən norkomaniyadan uzaq durmalarının vacibliyindən danışdı və ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirdi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazım olduğunu qeyd etdi.
Daha sonra çıxış edən layihə eksperti Taleh Əliyev bildirdi ki, dünyada və ölkəmizdə norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil. Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə hər il norkamaniyaya qarşı müxtəlif tədbirlər həyata keçrilir. Xususilədə gənclər və yeniyetmələrin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi onları bu bəladan uzaq tutmaqdır.Tədbir zamanı maraqlı müzakirələr aparıldı, gənclərə maarifləndirici bukletlər paylanıldı.
Xatırladaq ki, iki ay müddətinə icra olunacaq layihə çərçivəsində Bakı şəhərin Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ və Yasamal rayonlarında yaşayan bir qrup yeniyetmə və gənclər arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən "ağ ölümün" gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağı barədə gənclər arasında maarifləndirmə davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.