AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Qahirə Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən simpoziumda çıxış edib

  • + A
  • - A
  • Bu gün, 18:57

    Azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Qahirə Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən simpoziumda çıxış edib


    Azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Qahirə Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən simpoziumda çıxış edib

    Qahirə Beynəlxalq Film Festivalının 47-ci buraxılışı çərçivəsində Misirin ən böyük xeyriyyə fondlarından sayılan "Misir Əl-Xeyir Fondu" tərəfindən təşkil olunan "Gənc İstedadlıları kəşf et" mövzusunda simpozium keçirilib.
    Tədbirdə Misirdə Azərbaycan Diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edib.

    Çıxışında Seymur Nəsirov hər bir ölkənin inkişafında gənc istedadların aşkar edilməsinin, onların potensialının üzə çıxarılmasının və cəmiyyətdə tanıdılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

    O, həmçinin xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində və ölkələrin beynəlxalq əlaqələrinin genişləndirilməsində xarici tələbələrin xüsusi rolundan bəhs edib. Seymur Nəsirov xarici tələbələrin təhsil aldıqları ölkələrlə öz vətənləri arasında mühüm dostluq və mədəniyyət körpüsü olduğunu qeyd edərək, uzun illərdir Misirdə xarici tələbələrlə apardığı fəaliyyətin əhəmiyyətinə toxunub.

    Simpoziumda tanınmış elm, ictimaiyyət, mədəniyyət və incəsənət sahələrinin tanınmış nümayəndələrdən ibarət geniş heyət iştirak edib. Onların arasında Misirin sabiq Baş naziri doktor İsam Şərəf, aktrisa Vəfa əl-Həkim, Misr El-Xeyr Fondunun Sosial Həmrəylik və Borclu Qadınlarla İş Sektorunun rəhbəri doktor Hənan əl-Dərbaşi, Fondun Himayəçilər Şurasının üzvü yepiskop Münir Hanna, İncəsənət Akademiyasının prezidenti doktor Nəbilə Həsən, media nümayəndələri, eləcə də müxtəlif ölkələrin vətəndaşları iştirak ediblər.

    Seymur Nəsirovun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

    Qeyd edək ki, Seymur Nəsirov 2003-cü ildən etibarən Misirdə 100-dən çox ölkədən təhsil almağa gələn 1000-lərlə tələbəyə rəhbərlik etmişdir. Hazırda onun rəhbərlik etdiyi layəhələrdə dünyanın 65 ölkəsindən 2000-dən çox tələbə təhsilini davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR