Aİ Putinlə Trampın dostluq münasibətinə münasibət bildirməkdən imtina edib

Avropa Komissiyası ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini “dostum” adlandırmasına münasibət bildirməkdən imtina edib.
Noyabrın 19-da Çində keçirilən görüş zamanı Tramp Putini öz dostu kimi təqdim edib. Bu açıqlama Brüsseldə jurnalistlərin sualına səbəb olub.
Avropa Komissiyasının baş sözçüsü Paula Pinyo “Avropa Pravda” nəşrinin müxbirinin sualını cavablandırarkən bildirib ki, qurum ümumiyyətlə dostluq münasibətlərini şərh etmir.
Bununla belə, Avropa Komissiyasının xarici əlaqələr üzrə nümayəndəsi Kristian Viqand Rusiyanın Ukraynaya qarşı davam edən hücumlarına diqqət çəkib.
O bildirib ki, Avropa İttifaqı Ukrayna əhalisinə və mülki infrastruktura endirilən zərbələrin dayandırılmasına yönələn bütün səyləri dəstəkləyir.
“Rusiya Ukraynada mülki əhaliyə və mülki infrastruktura qarşı amansız hücumlarını davam etdirir. Buna görə də biz bu hücumlara son qoymağa yönələn bütün səyləri dəstəkləyərdik”, – deyə Viqand vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.