İsrailin Baş naziri İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu açıqlayıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, Benyamin Netanyahu bu barədə təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə danışıb.
İsrail Müdafiə Ordusunun (IDF) yüksək rütbəli zabitlərindən biri isə İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) birgə və təsdiqlənmiş əməliyyat planlarına malik olduğunu bildirib.
Zabitin sözlərinə görə, hazırda əsas məsələ əməliyyatın nə vaxt həyata keçiriləcəyidir. İsrail və ABŞ bu istiqamətdə ABŞ Prezidenti Donald Trampın qərarını və əməliyyatın başlanması üçün münasib vaxtın müəyyənləşdirilməsini gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.