Rusiya və Gürcüstan Minskdə danışıqlar aparıb, bir sıra praktiki razılaşmalar əldə olunub

Rusiya və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair növbəti birbaşa dialoq keçirilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Noyabrın 19-da Minskdə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili arasında görüş olub.
Danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini ətraflı müzakirə ediblər. Xüsusilə ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığa diqqət yetirilib.
Görüşün yekununda bir sıra praktiki razılaşmalar əldə olunub. Tərəflər, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətlərinin rəhbərləri danışıqların təşkilinə göstərdiyi dəstəyə görə Belarus tərəfinə təşəkkür ediblər.
Bildirilib ki, Rusiya və Gürcüstan arasında münasibətlərin gələcək inkişafı məqsədilə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.